ABŞ Dövlət katibi Entoni Blinken bu gün Münhendə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
”AzPolitika.info” xəbər verir ki, bu barədə “Turan” agentliyi məlumat yayıb.
“Görüş yerli vaxtla saat 13:35-ə təyin edilib”, Dövlət Departamenti cümə günü axşam saatlarında bildirib.
Görüş barədə əvvəllər məlumat verilməyib. Keçən ay Blinken Paşinyan və Əliyevlə ayrı-ayrılıqda danışıb və sülh prosesinin son uğursuzluğu fonunda onları birbaşa danışıqları yenidən başlamağa çagırıb.
“AzPolitika.info”


Şərhlər