Ukraynanın müharibədə qələbəsi Rusiya Federasiyasının parçalanmasına kömək edəcək.
Bu fikri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov Milli telemarafonun efirindən səsləndirib (UNİAN).
O, qeyd edib ki, rusiyalılar tarixi pis bilirlər. «Mən, əminliklə deyə bilərəm ki, məhz ukraynalılar Sovet İttifaqını dağıtdılar» - Danilov qeyd edib.
Onun sözlərinə görə, az adam bilir ki, hər şey nədən başlayıb. O, xatırladıb ki, 2 mart 1989-cu ildə SSRİ tarixində ilk dəfə Vorkutada tətil baş tutub, orada 176 şaxtaçı iştirak edib. MTMŞ katibinin sözlərinə görə, onlardan 94-ü ukraynalı olub. «Və o vaxt onları qorxutmağa başladılar, növbəti gün 58 ukraynalı tunelə düşdülər və o vaxta qədər oradan çıxmadılar ki, onların bütün tələbləri yerinə yetirildi. Oradan proses başladı, şaxtaçıların yay tətilləri və çox qısa müddətdən sonra əjdaha hesab olunan SSRİ dağıldı» - o, danışıb.
AzPolitika.info


Şərhlər
Görəsən Danilov, SSRİ tribunasını bütünlüklə *qərb*in və SSRİnı bölənlərin, QİYŞ və Varşava Müqaviləsini özbaşına-adekvatsız buraxanları, Ukrayna nasizminə kitab sifarişçilərini, SSRİni referenduma zidd buraxanları kimlərin diqqətindən azdırmağa çalışıb?
İnşallah,rus imperiyası da dağılacaq!Lukaşenko və onun dostları sahibsiz qalacaqlar.