Menu

Zəlzələdən qorunmaq üçün mənzilində sığınacaq tikdi – Təhlükəsizlik kəməri belə var... + VİDEO

18.02.2023, 14:23
Zəlzələdən qorunmaq üçün mənzilində sığınacaq tikdi – Təhlükəsizlik kəməri belə var...  + VİDEO

Kahramanmaraşda baş verən dəhşətli zəlzələlərdən sonra binaların təhükəsizliyi məsəsləsi əsas gündəm mövzularından birinə çevrilib.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mustafa adlı bir türk vətəndaşının zəlzələdən qorunmaq üçün evində tikdiyi sığınacaq kabinəsi sosial mediada böyük marağa səbəb olub.

2021-ci ildə baş verən İzmir zəlzələsindən sonra yaşadığı mənzildə belə bir sığınacaq tikdirməyə qərar verən Mustafa bəy, bu tikilinin zəlzələ zamanı üzərlərinə düşəcək dağıntıların yükünü böyük ölçüdə azaldacağını bildirib.

O, sığınacaqda təhlükəsizlik kəməri, qutuda su, qablaşdırılmış qida və içkilər, selpak, yanğınsöndürən, ədyal, çəkic, kəlbətin, fənər, dərman kimi xilasedici vasitələrin olduğunu deyib.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol