Menu

Rusiya Almaniya kəşfiyyatçısını satın alıb – Ona böyük həcmdə pullar ödənilib

18.02.2023, 17:13
Rusiya Almaniya kəşfiyyatçısını satın alıb – Ona böyük həcmdə pullar ödənilib

Ötən ilin dekabrda həbs edilən Almaniya Federal Kəşfiyyat və Əks Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L. Rusiya Federal Təhlükəsizlik Xidmətinin(FSB) göstərişlərini yerinə yetirməyə cəhd edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, adı çəkilən kəşfiyyat əməkdaşı ötən ilin payızında Ukraynadakı Amerika istehsalı olan HIMARS və alman İris-T hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi barədə məlumat əldə etməyə çalışıb.

Nəşrdə qeyd edildiyi kimi, Rusiya tərəfi casusluqda şübhəli bilinən şəxsin xidmətlərinə görə yaxşı pul ödəyib. Baxış zamanı Almaniya kəşfiyyat əməkdaşının üzərində 6 rəqəmli avro məbləği olan zərflər aşkar edilib.

İstintaq zamanı məlum olub ki, FSB vasitəçi Artur E. vasitəsilə Karsten L.-yə ABŞ və Almaniyadan Ukraynaya gətirilən bütün qurğuların GPS məlumatlarını mümkün qədər dəqiq öyrənməyi tapşırıb.

BND əməkdaşı Qərb kəşfiyyat orqanlarından birinin mümkün məlumat sızması nəticəsində əldə etdiyi məlumat nəticəsində saxlanılıb. Həmkarları saxlanılan Karstenin ifrat sağçı baxışları olduğunu bildiriblər.

Carsten L. əvvəllər Almaniya kəşfiyyatının Bavariyadakı texniki analiz bölməsində rabitədə casusluq və alınan məlumatların təhlili ilə məşğul olub. Yerli mətbuatın məlumatına görə, o həbsindən bir-neçə ay əvvəl BND-nin Berlindəki mərkəzi ofisinə köçürülüb və daha sonra vəzifəsi böyüdülüb.

Onun şübhəli ortağı Artur E. ABŞ-dan geri qayıdarkən Münhen hava limanında saxlanılıb. Məlumatlarda bildirlir ki, Rusiya kökənli alman iş adamı yanvarın sonunda ABŞ-dan çıxarkən hava limanında nəzarət zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin şübhəsi altına düşüb.

İddiaya görə, o, Karsten L. ilə ailəsi ilə birlikdə yaşadığı Veylhaym şəhərində əyləncə gecəsində tanış olub. Artur E. ifadələrində Alman kəşfiyyatının əməkdaşından əldə etdiyi məxfi materialları ən azı iki dəfə FSB-yə təhvil verib. Almaniya xüsusi xidmət orqanlarının məlumatına görə, ötürülən məlumatların əvəzində Karsten L. Artur E.-dən pul alıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol