Xəzər dənizində Azərbaycan sərhədini pozan şəxs qayığı gözətçi gəmisinə çırpıb, xəsarət alan var.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Fevral ayının 17-də saat 23:40-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Pirallahı istiqamətində Neft Daşlarına doğru sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum hədəf müşahidə edilib və dərhal sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib.
Sərhəd gözətçi gəmisi tərəfindən ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində Neft Daşlarının şimal-qərbində estakadaların arasında 1 (bir) nəfərin qayığın bortunda olan bağlamaları estakadanın üzərində olan naməlum şəxsə ip vasitəsilə ötürülməsi və estakadanın arasından çıxaraq sürətlə hərəkətini Cilov adası istiqamətində davam etdirməsi müşahidə olunub.
Azərbaycanın ərazi sularında üzmə qaydalarını pozaraq gecə vaxtı strateji əhəmiyyətli infrakstrukturun təhlükəsizlik zonasına daxil olmuş qayığı idarə edən naməlum şəxs sərhədçilərin qanuni dayan tələblərinə məhəl qoymayaraq idarə etdiyi qayığı təqibdən yayınmaq məqsədilə sərhəd gözətçi gəmisinin ön sol bortuna vurub. Daha sonra sahilə doğru hərəkətini davam edərkən idarəetməni itirərək adanın cənub-şərqində olan estakadaya çırpılmış və qayığı idarə edən şəxs baş nahiyəsindən xəsarət alıb.
Sərhəd gözətçi gəmisinin heyəti tərəfindən PR-2077 bort №-li, taxta tipli, yamaha-55 və yamaha-75 mühərrikli qayığın heyət üzvü 02.11.1991-ci il təvəllüdlü Pirallahı rayon, Pirallahı qəsəbə sakini Panfilov Roman Viktoroviç saxlanılaraq gəminin bortuna gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra sahilə çıxarılaraq Cilov adasında yerləşən Xəstəxanaya yerləşdirilib.
Fakt üzrə araşdırma tədbiri davam etdirilir.


Şərhlər
Nuvorişlər nyubolşevizm hərəkətlərinə başlayırlar deyəsən.Bağlama,bağlamada narkotik-filan,bunlar konspirasiya üçün ola bilər,yəni ələ keçsən qoy elə bilsinlər narkodilersən.Yüz il qabaq da,Azərbaycan Demokratik Respublikasının 21 ayda 16 nazirlər kabineti dəyişdirən başbilənləri kabinet dəyişməyə-formalaşdırmağa o qədər aludə oldular ki,Moskvanın meşin pencəkli gizli bolşevik emissarlarının o 21 ayda Çingiz İldırım kimi satqın əclafları ələ aldıqlarından zərrəcə şübhələnmədilər.37-ci ildə cəhənnəmə vasil edilmiş Sultan Məcid Əfəndiyevin 1920-ci ilin 27 aprelində 11-ci Qızıl Ordunun zirehli qatarında Dağıstandan Azərbaycana keçərkən yazdığı xatirələrini oxuyun boş vaxtınızda.Yalama-Xaçmazdan ta Biləcəriyə,Bakıya qədər o işğalçı ordunun tərkibində necə gəldiyini bəxtiyarlıqla,əcaib bir coşquyla necə də qələmə alıb o satqın!37-də onu Bağırov qurultayın gedişindəcə həbs etdirdi.Əlbəttə,ayrı səbəblə,amma Bağırov onun kimilərin 1918-20-ci illərdə Həştərxanda Kirovun himayəsi altında Azərbaycan əleyhinə nələr elədiklərinin şahidi olmuşdu.Eşitmişdi yox,şahidi olmuşdu,çünki özü Dəmir Polkun komandiriydi və Denikinə qarşı vuruşmuşdu.Bağırov NKVD-nin podvalında Əfəndiyevi lüt soyundurub şüşə tozu tökülmüş stulda oturdaraq bədəninə tok buraxdırmaqla ondan lazımi ifadələri almışdı.Çingiz İldırımın da sonu faciəli olmuşdu.1920-ci ildə Lenin Qarabağda erməniləri qızışdıraraq qatı-qutu salmaqla ADR-in diqqətini oraya yönəltmişdi.İndi də deyəsən bizim diqqətimizi konkret olaraq Qarabağa çəkmək fikrindədir həm Rusiya,həm Qərb aləmi.Amma biz yüz il qabaqkı ehtiyatsızlığı etməməliyik.Qəti bilməliyik ki,təhlükə şimaldan və cənubdandır,Moskva və Tehrandan.Ermənistan sadəcə irəli verilmiş oynçudur.A balam,21 ayda da 16 nazirlər kabineti formalaşdırarlar?Nə xəbərdi axı?Ortalama hər 40 gündə kabinet dəyişib yəni ADR-in vaxtında.Əlbət ki elə olanda sonu bolşevik işğalıyla nəticələnər.