“RUSİYANIN “BÖYÜK HÜCUMU” METRLƏ ÖLÇÜLÜR...” - Ben Uolles rus ordusunu ələ saldı

“Bugünkü vəziyyətə görə “böyük rus hücumu”nu təsdiqləyəcək heç bir əlamət yoxdur. Bizim gördüyümüz sadəcə, cəbhələrdə minlərlə itki hesabına hərəkətlənmədir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles Münhen Təhlükəsizlik Konfransında deyib.

Uolles bildirib ki, Rusiyanın müharibənin birinci ildönümü ərəfəsində 2022-ci ilin 24 fevralındakı səviyyədə kütləvi, böyük hücuma keçmək üçün geniş miqyasda güc topladığı müşahidə olunmur.

Bununla yanaşı, nazir qeyd edib ki, Rusiya cəbhədə “ət maşını” prinsipindən imtina etmir və durmadan öz canlı qüvvəsini nəticəsiz hücum əməliyyatlarında məhv etməklə məşğuldur: “Rusiyanın “böyük hücumu” kilometrlər yox, metrlərlə ölçülür”.

Uolles onu da əlavə edib ki, Qərb koalisiyası indi “heç vaxt olmadığı qədər” Ukraynanı lazım olan silah-sursatla təmin etməkdə qərarlıdır.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar