"Türkiyədə hərbçi ailələrinin zəlzələdən zərər çəkmələri məni dərindən təsirləndirdi”.
“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında yazıb.
“Türkiyədə hərbçi ailələrin zəlzələdən zərər çəkmələrini eşitmək məni dərindən təsirləndirdi və onların dözümlülük və gücləri ilhamlandırdı. Türkiyəni NATO üzvü hesab etməyimlə fəxr duyuram”, - ABŞ dövlət katibi qeyd edib.
Fevralın 19-da ABŞ-nin dövlət katibi Türkiyəyə səfərə gəlib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.
Qeyd edək ki, Çavuşoğlu və Blinken Kahramanmaraş zəlzələlərdən zərər çəkmiş bölgələrdə araşdırma aparmaq üçün Hatay şəhərində olub.
Dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyi nəzərdə tutulur.


Şərhlər