Menu

Ukrayna ATƏT PA-nın iclasını boykot edəcək

20.02.2023, 00:14
Ukrayna ATƏT PA-nın iclasını boykot edəcək

Ukrayna ATƏT-in Vyanada fevralın 23-24-də keçiriləcək Parlament Assambleyasında iştirak etməyəcək. Buna səbəb Rusiya və Belarusun iştirakıdır.

Bu barədə Ukrayna nümayəndə heyətinin üzvü, xalq deputatı Yevgeniya Kravçuk məlumat verib.

“Biz ATƏT Parlament Assambleyasının heç bir rəsmi tədbirində iştirak etməyəcəyik. Avstriya rusiyalılara 61 viza verib, burada təkcə parlamentarilər deyil, həm də xüsusi xidmət orqanlarının nümayəndələri, görüşdən fürsət kimi istifadə etməyə gələcək təbliğatçılar var”, - Kravçuk deyib.

O əlavə edib ki, ukraynalı parlamentarilər hələ də tərəfdaşlarla danışıqlar aparmaq üçün Vyanaya gedəcəklər. Həmçinin, onun sözlərinə görə, ATƏT-in iclasının keçiriləcəyi Hofburq yaxınlığında Ukrayna icmasının etiraz aksiyaları planlaşdırılır. (Mənbə: rbc.ua)

Şərhlər

dadaşyev 2023-02-20 01:39:59

Avropalı caniklər bir il idi hiyləgər amerikanların qazına gəlmişdilər,indi deyəsən yavaş-yavaş soyuq başla anlamağa başlayırlar ki,Rusiya-Ukrayna qarşıdurması amerikan planı imiş.Ukraynanı şirnikləndirdilər NATO-ya qəbulla-filanla,rus da şığıdı Ukraynanın üstünə.Bu gün nə NATO-ya qəbuldan əsər-əlamət var,nə AB-yə qəbuldan.NATO başbilənləri bu günlərdə aşkarca dedilər ki,Ukraynanın NATO-ya qəbulu prioritet deyil.Yəni onun NATO-ya qəbul edilməsi donqililik olar.Vəssalam.Amma keçən il,iki il,üç il,beş il əvvəl nə deyirdi amerikanlar?Məqsədlərinə çatdıqdan sonra kimin nəyinə lazımdı dağım-dağım olmuş bədbəxt Ukrayna?Məqsəd Rusiyanın təklənməsi,iqtisadiyyatının zəifləməsi idi.Avropayla arasının vurulmasıydı.Üstəlik ukraynalılarla ruslar arasında nifrət,qan düşmənliyi elə dərinləşdi ki,yüz ilə də sönməz.Odur ki iclası boykot etdin nolacaq,etmədin nolacaq?Dəyən iki qardaş xalqa dəydi.Amerikanlar isə yenə də okeanın o tayında öz isti ev-eşiklərində rahatca yaşayırlar,bombardmandan-güllələrdən-dağıntıılardan uzaq,dərd-qəm bilməyən təbəssüm saçan parlaq çöhrələriylə yenə şokolad pirojna tıxışdırırlar,hamburger boğmalanırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol