Menu

"Son 6 ildə aşkar edilmiş saxta 100 manatlıq pul nişanları artıb" - Mərkəzi Bank

20.02.2023, 12:26
"Son 6 ildə aşkar edilmiş saxta 100 manatlıq pul nişanları artıb" - Mərkəzi Bank

Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ümumilikdə 452 saxta pul nişanı aşkar edilib, bunun 323-ü 100 manatlıq pul nişanı olub.

"Report" xəbər verir ki, bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda deyib.

Onun sözlərinə görə, 2021-ci ildə isə ümumilikdə 358 saxta pul nişanı aşkar edilib ki, bunun da 282-si 100 manatlıq pul nişanı olub.

"2006-cı ildən 2022-ci ilə qədər Mərkəzi Bank tərəfindən 10 095 ədəd saxta pul aşkar edilib. Son 4 ildə saxta pullar üzrə 20 cinayət işi açılıb. 2017-ci ildən başlayaraq son 4 ildə milli valyutanın saxtalaşdırılnasına azalma olsa da, son 6 ildə aşkar edilmiş saxta 100 manatlıq pul nişanlarının artım tempi müşahidə edilir. Tədavüldə hər 660 minədək kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb", - deyə N.Pənahlı bildirib.

Şərhlər

t.ədalət 2023-02-20 16:55:01

Azərbaycanda saxta pul hazırlamaq mümkün deyil.Güman ki bu əskinasları Rusiyanın monet müəssisəsi hazırlayır.Eşitdiyimə görə,deyirlər ki,guya,belə pulları casuslara kilsələr vasitəsi ilə çatdırırlar.Dövrüyyəyə daxil olan saxta əskinaslar,güman ki bu yolla baş verir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol