Menu

“Broker Əbülfəz” ev dustaqlığına buraxıldı

20.02.2023, 12:35
“Broker Əbülfəz” ev dustaqlığına buraxıldı

Səbail Rayon Məhkəməsi “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovla bağlı qərar verib. “Unikal” xəbər verir ki, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Ə.Məlikov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində həbs edilib.

Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Şərhlər

Turan 2023-02-20 22:05:44

Niyə butaxıldı?

t.ədalət 2023-02-20 16:48:44

"Broker Əbülfəz" gömrük sahəsinin kürd birliyi tərəfindən dəstəklənən reket idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol