Menu

“Rusiya Ukraynada insanlığa qarşı cinayətlər törədib” – ABŞ vitse-prezidenti

20.02.2023, 12:43
“Rusiya Ukraynada insanlığa qarşı cinayətlər törədib” – ABŞ vitse-prezidenti

ABŞ-ın vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib ki, ölkəsi Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsində insanlığa qarşı cinayətlər törətdiyi qənaətinə gəlib.

Harrisə görə, Rusiya hərbi qüvvələri Ukraynada mülki əhaliyə qarşı geniş və sistemli hücumlar həyata keçirib. O, ABŞ-ın sübutları araşdırdıqdan sonra bu nəticəyə gəldiyini bildirib.

"ABŞ rəsmi olaraq Rusiyanın bəşəriyyətə qarşı cinayət törətdiyini müəyyən edib" - deyə bildirən Harris, Rusiyanın törətdiklərinin ortaq dəyərlərə və ümumi insanlığa hücum olduğunu əlavə edib.

Harris Ukraynada Rusiya hərbi qüvvələri tərəfindən törədilən zorakılıqlara işgəncə və zorlama, o cümlədən Mariupol doğum evinin bombalanması kimi halları misal çəkib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol