Menu

Pakistanın investisiya, neft, sənaye və istehsal nazirləri Bakıda səfərdədir

20.02.2023, 12:47
Pakistanın investisiya, neft, sənaye və istehsal nazirləri Bakıda səfərdədir

Pakistandan olan nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.

“Report” xəbər verir ki, iki günlük səfər çərçivəsində İnvestisiyalar üzrə Şuranın federal naziri Çaudri Salik Hüseyn, neft naziri Musadiq Məsud Malik və federal sənaye və istehsal naziri Seyid Murtaza Mahmud Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, ötən il Azərbaycan və Pakistan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol