Menu

Ərdoğan Kahramanmaraşda Azərbaycan axtarış-xilasetmə qrupunun rəhbəri ilə görüşüb - VİDEO

20.02.2023, 20:41
Ərdoğan Kahramanmaraşda Azərbaycan axtarış-xilasetmə qrupunun rəhbəri ilə görüşüb - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlzələ ilə bağlı qardaş ölkədə fəaliyyət göstərən Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, dövlət başçısı Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən heyətə qardaş ölkədə görülən işlərə görə təşəkkür edib.

"Hamımızın başı sağ olsun. Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm", - Ərdoğan görüş zamanı bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol