ERMƏNİSTANDA ÇEVRİLİŞ CƏHDİ? - General-mayorun həbs edilməsinin səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Ermənistanın 3-cü ordu korpusunun sabiq komandanı, general-mayor Qriqori Xaçaturov saxlanılıb.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatında gedən məlumata görə, Xaçaturovu Ermənistan Milli Təhlükəsizlik Xidməti həbs edib.

Məlumatda qeyd olunur ki, Xaçaturov Paşinyan hökumətinə qarşı hərbi üsyan hazırlanmasında şübhəli bilinir. Bu gün general barədə məhkəm qərarı ilə həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Q.Xaçaturov Nikol Paşinyanın hərbi-siyasi blokdakı qatı rəqiblərindən, hətta düşmənlərindən biri sayılan general Yuri Xaçaturovun oğludur. Rusiyanın adamı kimi tanınan general-polkovnik Yuri Xaçaturov xeyli müddət Ermənistan ordusunun Baş Qərargah rəisi və hətta KTMT-nin Baş katibi vəzifəsini daşıyıb. Buna baxmayaraq, Nikol Paşinyan ona qarşı cinayət işi açdırıb və həmin iş çərçivəsində general korrupsiyada və digər cinayətlərdə ittiham edilib.

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar