Menu

Bu il Azərbaycanda işsizliyin səviyyəsi azalıb - Rəsmi

21.02.2023, 12:15
Bu il Azərbaycanda işsizliyin səviyyəsi azalıb - Rəsmi

Cari ilin yanvar ayında Azərbaycanda işsiz statuslu şəxslərin sayı 302.4 min nəfərə bərabər olub.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründə 315.8 min nəfərə bərabər idi. İşsizlərin sayının azalması nəticəsində ölkədə işsizlik səviyyəsi 5.95%-dən 5.6%-ə qədər azalıb.

Qeyd edək ki, hesabat dövründə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 mln. 358,9 min nəfər olub, onlardan 5 mln. 056,5 min nəfərini məşğul əhali təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol