Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi 2023-cü il ərzində Bərdə rayon ərazisində bağçaların yemək təchizatı ilə bağlı tenderə yekun vurub.
"APA-Economics” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, "MƏİŞƏT İST" MMC bu tenderin qalibi seçilib. Qalib şirkətlə 3 milyon 150,430 min manat həcmində bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, "MƏİŞƏT İST" MMC-nin 69 min 881.77 manat vergi borcu yaranıb. "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.



Şərhlər
Rüşvət və korrupsiya tüğyan edən , nəzarət sistemi omayan və ya işləməyən ölkədə qanunlar kağız üzərində qalır.
TALANÇILAR ÖZ İŞLƏRİNDƏ DAVAM EDİRLƏR. MİLLƏT PİS GÜNDƏ,EHTİYAC İÇİNDƏ BOĞULUR, TALANÇILAR İSƏ TALAN-QARƏTİ MÜXTƏLİF UYOLLARLA DAHA GÜCLƏNDİRİRLƏR. BİR TƏRƏFDƏN DƏ QİYMƏT ARTIRILIR,ARTIQ MİLLƏT DALANA DİRƏNİB. QAÇAN BU ÖLKƏDƏN QAÇIR QAÇMAYAN DA YOL AXTARIR. Millətə qarşı bi GENOSİD siyasətı aparılır.