“Coca-Cola 140 dollar, neft 79 dollar”
İranın Türkiyədəki Səfiri Alireza Bikdeli, neft güclü ölkələrdə olsaydı onun qiymətinin bu qədər düşməyəcəyini söyləyib.
Neft qiymətlərinin düşməsinin dünya iqtisadiyyatına mənfi təsir edəcəyini qeyd edən Bikdeli belə deyib:
“Neft əgər güclü ölkələrdə olsaydı, qiyməti çox yüksək olardı. Bu gün bir barel Coca-Cola 140 dollar, bir barel neft isə 79 dollardır. Yenə 1 barel ayran 190, zeytun yağı isə 2370 dollardır.” /"Marja"


Şərhlər