Menu

"Ermənistanda Aİ-nin mülki missiyası Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək" - Rusiya XİN

21.02.2023, 21:11
"Ermənistanda Aİ-nin mülki missiyası Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək" - Rusiya XİN

Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək.

"Report" Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışığı zamanı bildirib.

Tərəflər danışıq zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir.

Şərhlər

Bəhrami 2023-02-22 11:57:12

Hərbi İşğal cinayətkarı Ermənistanı mühakimə etmədiyimiz kimi Avropa İttifaqına qəbuluna ETİRAZ belə təqdim etmişikmi? NATO belə və Avropa İttifaqı üzvü Ermənistanı kənara atıb, Azərbaycanı müdafiə etməyəcək ki?

t.ədalət 2023-02-22 01:16:34

Aİ-nin missiyası işğalçı Rusiyanın terror planlarına mane olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol