Birləşmiş Ştatlar Ukraynaya “Boeing” şirkətinin istehsalı olan, 72 kilometr məsafədəki hədəfləri vurmağa qadir GPS-lə idarə olunan bombalar verəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Bloomberq” agentliyi məlumat yayıb.
Xatırladaq ki, Pentaqon dekabrın 21-də elan edilən 1,85 milyard dollarlıq hərbi yardım paketi çərçivəsində Ukraynaya “dəqiq idarə olunan hava-desant sursatları" göndərəcəyini bildirmişdi. Bununla belə, iki yaxşı məlumatlı mənbə agentliyə bildirib ki, söhbət “Jdam-ER” uzaqmənzilli raketlərdən gedir.
Bu bombalar ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunur və həmçinin 26-dan çox ölkəyə satılıb. Onlar 220-900 kiloqrama qədər çəkisi olan idarə olunmayan bombalara quraşdırıla bilər. Nəticədə həmin döyüş sursatları idarə olunan bombalara çevrilir və bu da uçuş məsafəsinin üç dəfə artmasına səbəb olur.


Şərhlər