Menu

Səs yazısı yayılan lisey direktoru cəzalandırıldı - VİDEO

22.02.2023, 13:16
Səs yazısı yayılan lisey direktoru cəzalandırıldı - VİDEO

Paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazıları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb.

Bu barədə İdarədən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.

Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.

Müəllimlərlə bağlı da qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək.

Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, liseyin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq pul istəyib:“Mən pul üçün məcbur etmirəm. Amma siz bilirsiniz ki, şagirdlər istədikləri vaxt dərsdən qaçır, istədikləri vaxt qalırlar. Bunlara nə hesabına hörmət olunduğunu nəzərə almırsınız? Gücünüz çatan məbləği verin və siyahı tutulsun”.

Şərhlər

ƏNHU 2023-02-23 01:06:00

Görəsən yer kürəsində ikinci belə bir ölkə varmı? Elə bir ölkə tapmaq mümkündürmü ki, o ölkənin müəllimi şagirdinə desin ki, dərsə gəlmə. Oxuma. Nə istəyirsən elə, əvəzində dədənə de ki, mənə görüm-baxım eləsin. Bəşəriyyətdə bunun analoqu varsa deyin biz də rahatlıq tapaq. Bu müəllim sözü yox, düşmən sözüdür. Bu təhsil yox, soyqırımdır. MƏN BU ÖLKƏDƏN QORXURAM.

Roma 2023-02-22 15:34:43

Deyir: " Sizdən heç nə istənilmir, gücünüz nəyə çatır, gətirin sabah TƏCİLİ verin, hörmət-hörmətə bağlıdır..." Bax budur Azərbaycan təhsilinin reallığı...mən 100% əminəm ki, başqa məktəblərdə vəziyyət heç də bundan yaxşı deyil, bu yenə deyir ki, gücünüz nəyə çatırsa gətirin, başqalarında, hamısında olmasa da, yəqin ki, dəqiq rəqəm deyilir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol