Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasında apardığı yoxlamalar hələlik başa çatmayıb.

Bunu “APA-Economics”ə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, hazırda Palatanın Naxçıvanın bir qurumunda yoxlamaları davam edir.

“Yoxlamalar bitəndən sonra onun nəticələri barədə geniş məlumat veriləcək”, - Vüqar Gülməmmədov əlavə edib.

Qeyd edək ki, fevralın 15-dən Hesablama Palatası tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanında maliyyə yoxlaması aparıldığı barədə məlumat verilmişdi. Hava limanının direktor müavini Rafael İbrahimov “APA”-ya açıqlamasında yoxlamaların mart ayının 18-dək davam edəcəyini bildirmişdi.