Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfəri zamanı üçtərəfli razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət ayıracaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları nəzərdə tutulub. Onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi də planlaşdırılıb. Səfərinin ikinci günündə Lavrovun Bakıda keçiriləcək Azərbaycan-Rusiya Ekspert Şurasının plenar İclasında iştirak edəcəyi də bildirilib.


Şərhlər
Bu "üzdənirağın" 5 il bundan əvvəlki çıxışlarını yada salın. Ayağının altını görmək istəmirdi. Azərbaycanı saya salmırdı. İndi qulaqlarını sallayıb gəlir