Menu

“O, BÖYÜK TƏZYİQ ALTINDADIR...” - Muradovdan bu şəhəri almaq tələb olunur

23.02.2023, 13:12
“O, BÖYÜK TƏZYİQ ALTINDADIR...” - Muradovdan bu şəhəri almaq tələb olunur

“Yaxın vaxtlarda Rusiya qüvvələri fevralda böyük itkilər verdiyi Uqledar istiqamətində yenidən hansısa uğur qazanmağa çalışa bilər. Lakin çətin ki, bunun üçün onun lazımi resursları olsun”.

“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin yayımladığı son kəşfiyyat hesabatında belə deyilir.

Britaniya kəşfiyyatı qeyd edir ki, son günlər Ukrayna Ordusunun nəzarətində olan Uqledar şəhəri yenidən kütləvi artilleriya zərbəsinə məruz qalıb: “Real ehtimal var ki, Rusiya qoşunları 2022-ci ilin sonunda və bu ilin fevralında baş verən və ona çox baha başa gələn uğursuz hücumlara baxmayaraq, yeni hücuma cəhd edəcək. Uqledar ətrafında baş verənlərə görə yenə də Rusiya Silahlı Qüvvələrinin şərq qruplaşması cavabdehdir. Onun komandanı general-polkovnik Rüstəm Muradov böyük təzyiq altındadır. Çünki əvvəlki uğursuzluqlara görə millətçi qanadın kəskin ittihamlarından sonra ondan daha yaxşı nəticələr gözləyirlər. Lakin Muradovun orada irəliləyiş əldə etymək üçün gücünün olması ehtimalı azdır”.

Əvvəlki hesabatlarında Britaniya kəşfiyyatı bildirmişdi ki, Uqledara hücum zamanı R.Muradovun tabeliyində olan 155 saylı və 40 saylı briqadalar böyük itkilər verərək, geri çəkilməli olmuşdu və bu hissələr artıq döyüş meydanında qeyri-effektivdirlər.

Onu da qeyd edək ki, Uqledar ətrafındakı biabırçı məğlubiyyətə və böyük sayda canlı qüvvə və hərbi texnika itkisinə baxmayaraq, Putin Qarabağdakı “sülhməramlı” kontingentə də başçılıq etmiş Rüstəm Muradovun rütbəsini bu günlərdə yüksəldərək, ona general-polkovnik hərbi rütbəsi verib.

C.Məmmədov

“AzPolitika.info” 

Şərhlər

Mubariz 2023-02-23 22:41:15

Tezliklə bu caninin də meyidi tabutla xarabasına çatdırılar

Turan 2023-02-23 18:11:02

Ukraynalılar bu generlı doğulduğu üçün peşman etməlidirlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol