Menu

Rusiya, Türkiyə və Suriya hərbi xətt üzrə ekspert mexanizmi yaradıb

23.02.2023, 12:29
Rusiya, Türkiyə və Suriya hərbi xətt üzrə ekspert mexanizmi yaradıb

Rusiya, Türkiyə və Suriya hərbi xətt üzrə məsləhətləşmələr üçün ekspert mexanizmi yaradıblar.

APA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

O bildirib ki, Türkiyə ilə Suriyanın münasibətlərinin normallaşma məsələsi hələ ötən il Tehranda keçirilən sammit zamanı müzakirə edilib: “Ötən il dekabr ayında isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın iştirakı ilə çoxtərəfli məsləhətləşmələrin aparılması təşəbbüsü ilə çıxış edib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol