Menu

“Yaxın günlərdə Brüsseldə Ermənistan və Azərbaycan arasında görüş planlaşdırılır" - ABŞ Dövlət Departamenti

23.02.2023, 12:33
“Yaxın günlərdə Brüsseldə Ermənistan və Azərbaycan arasında görüş planlaşdırılır" - ABŞ Dövlət Departamenti

“Yaxın günlərdə Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel təşkilatçılığı ilə Ermənistan və Azərbaycan tərəflərinin iştirak edəcəyi görüşün keçirilməsi planlaşdırılır”.

“Report” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinqində deyib.

O, ABŞ-ın bu görüşdən nəticə gözlədiyini bildirib. N.Praysın sözlərinə görə, ABŞ Ermənistan-Azərbaycan danışıqlarına həddindən artıq nikbin yanaşmasa da, bu danışıqların keçirilməsini dəstəkləməyə çalışır.

“Biz çox nikbin olmağa çalışmırıq, lakin hərtərəfli həll istiqamətində bu dialoqu, bu diplomatiyanı dəstəkləməyə davam edirik”, - Dövlət Departamentinin sözçüsü əlavə edib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu açıqlamışdı.

“ABŞ bu prosesin davamlı olacağına ümid edir”, - N.Prays bildirib.

Xatırladaq ki, fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib.

Şərhlər

dadaşyev 2023-02-23 19:57:21

A balam,bu görüşlər bitməyəcəkmi yəni?Otuz il görüşdük,danışdıq,söhbət elədik də,noldu axırı?İndi yenə başladıq?Vay dədəəə!Daha anadan əmdiyimiz süd burnumuzdan gəldi ki.A balam,nə qədər görüşərlər?Pay atonnan!Bizim yəni başqa dərdimiz-sərimiz yoxdumu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol