Menu

Ramazan ayı nə vaxtdan başlayır?

23.02.2023, 13:17
Ramazan ayı nə vaxtdan başlayır?

Müqəddəs Ramazan ayının daxil olacağı gün məlum olub. Bu barədə Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ramazan ayının hilalı Azərbaycan üfüqündə mart ayının 22-də görünəcək. Ramazanın ilk günü isə mart ayını 23-də olacaq.

Aprelin 21 və 22-si Ramazan bayramıdır.

Qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, Ramazan bayramı günləri iş günü hesab edilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol