“Türk Silahlı Qüvvələrinin 100 hərbçisi ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində həlak olub".
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar “TRT Haber”ə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri axtarış-xilasetmə tədbirləri üçün səfərbər olunub: “Şəxsi heyətimiz böyük fədəkarlıqla işləyir".
Nazirin sözlərinə görə, Suriyadan Türkiyəyə kütləvi köçün olmasına dair iddialar yalandır: "Amma indiyədək təxminən 30 min suriyalı vətəninə qayıdıb".


Şərhlər