Menu

Rada Zelenskinin Rusiya banklarına 50 illik sanksiyalar barədə təşəbbüsünü təsdiqləyib

23.02.2023, 18:02
Rada Zelenskinin Rusiya banklarına 50 illik sanksiyalar barədə təşəbbüsünü təsdiqləyib

Ukrayna Ali Radası Prezidenti Vladimir Zelenskinin Rusiyanın bütün banklarına qarşı sanksiyaların tətbiqi ilə bağlı təqdim etdiyi qətnamə layihəsini təsdiq edib.

APA xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak özünün “Telegram” kanalında bildirib.

Bununla da Rusiyada qeydiyyatdan keçmiş və yaxud orada yerləşən bütün banklara qarşı sanksiyalar tətbiq edilir və məhdudiyyətlər 50 il müddətində qüvvədə olacaq.

Bura xüsusilə Rusiya Mərkəzi Bankı, bank olmayan kredit təşkilatları (BOKT), ödəniş sistemlərinin operatorları, fond bazarının peşəkar iştirakçıları, sığorta şirkətləri, Rusiya Federasiyasında xidmət göstərən investisiya fondları və digər qurumlar daxildir.

Şərhlər

ƏNHU 2023-02-23 23:10:58

Millətləri Rusiyanın basqısı altından ancaq müddətli sanksiyalarla xilas etmək olar.50 rəqəmini Volodimir yaxşı tapıb. Əla rəqəmdir.. Fikrimcə, bu təkcə banklara yox, bütün sferalara tətbiq edilsə ürəkaçan və effektiv olar. Məcazi mənada desək, 50 il Rusiyaya salam verilməsin, 50 il bu ölkənin adamları heç bir ölkəyə buraxılmasın. Üç il beş il yox, 50 il. Əlli.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol