"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tarixində ilk dəfə olaraq ötən ili ilkin nəticələrə görə beynəlxalq maliyyə standartlarına əsasən xalis mənfəətlə başa vurub.
"Report" xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev deyib.
"2022-ci il maliyyə nəticələrinə görə AZAL üçün uğurlu olub. Həm xarici, həm də yerli kreditorlar qarşısında bir çox öhdəliklər icra olunub", - S. Rzayev bildirib.
Onun sözlərinə görə, hava gəmisi parkının genişləndirilməsi və yenilənməsi ilə bağlı ötən il alınan “Airbus A320Neo” tipli 3 hava gəmisi üçün daxili vəsaitlər hesabına ilkin ödənişlər və komissiya məbləğləri ödənilib.


Şərhlər
Axır xeyirin olsun!
Əgər heç kəsi evdən çıxmağa qoymasaydılar,məcbur olub küçəyə çıxan olsa da yalnız dadaşyevin 011-iylə super baha qiymətə getsin desəydilər,əlbəttə ki,dadaşyev də maliyyə ilini xalis mənfəətlə başa vurardı,011-ini də dəyişib Prado alardı.Heç uzağa getməyək,bu qonşuluğumuzdakı nefti-qazı olmasa da maaş və pensiyaları elə bizimki qədər olan Gürcüstandakı kimi ucuzlardan ucuza təyyarə bileti satın görüm maliyyə ilini necə başa vuracaqsınız.