Ukrayna Prezidenti Volodimir Zelenski Çinin Ukrayna ilə bağlı təkliflərlə çıxış etməsini müsbət hal kimi qiymətləndirib.
“AzPolitika.info” xəbər verir ki, Kiyevdə İspaniya Baş naziri Pedro Sançesi qəbul edən Zelenski Çinin sülh təkliflərini hələ ki, görmədiyini deyib: “Mən ümumi şeyləri bilirəm. Sənədi görməmişəm. Hələ ki, bu sənədə diaqnoz qoymaq doğru deyil. Lakin ümumilikdə Çinin Ukrayna ilə bağlı danışmağa başlaması pis deyil. Bunlar ilk addımlardır. Konkretlik görəndə, nəticələr çıxaracağıq”.
Xatırladaq ki, Çin fevralın 24-də Ukraynada sülh əldə olunması üçün hazırladığı planı elan edəcəyini bildirib.
“AzPolitika.info”


Şərhlər