İslam İnkişaf Bankı (IsDB) Qrupunun prezidenti Məhəmməd Əl-Cəsser fevralın 25-də Azərbaycana səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə bank məlumat yayıb.
Səfərin məqsədi IsDB ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin potensial əməkdaşlıq sahələrinin genişləndirilməsidir.
İslam İnkişaf Bankının rəhbəri Azərbaycan rəsmiləri, eləcə də tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi məqsədilə ölkənin iri şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.
Məhəmməd Əl-Cəsser, həmçinin Azərbaycanda IsDB tərəfindən maliyyələşdirilən bəzi layihələrin icrası ilə tanış olacaq.
Səfər martın 3-də başa çatacaq.


Şərhlər
Əşi çıxarın atın da başınızdan bu qaranquşvari ləçəyi.Nədəə bu?Nolsun milli geyimdi.Onda papuas liderlər lüt olmalıdırlar rəsmi tədbirlərdə ki,bizim heç iki yüz il əvvələ qədər pal-paltarımız olmayıb?Ya da hindular başlarında hinduşka lələkləriylə çıxmalıdırlar millət qarşısına?Biz motal papaqla,sırıqlıyla-kürklə çıxırıq ki tədbirılərə?