Menu

BANM tələbəsindən yüksək naliyyət - Rektor paylaşdı

24.02.2023, 12:47
BANM tələbəsindən yüksək naliyyət - Rektor paylaşdı

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Əli Əliyev Kanadanın nüfuzlu Toronto Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olunub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə BANM rektoru Elmar Qasımov “Feysbuk” səhifəsində paylaşım edib. Rektor bildirib ki, tələbə illik 32 256 Kanada dolları təqaüd qazanaraq Kimya mühəndisliyi və tətbiqi kimya ixtisasında təhsilini davam etdirmək imkanı əldə edib.

Ona təbriklərini çatdıran E.Qasımov xatırladır ki, Əli Əliyev BANM-ə 2019-ci ildə müsabiqədənkənar qəbul olunub. O, Beynəlxalq Kimya Olimpiadasının qalibi olub.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-02-24 18:58:15

Halal olsun.Kanadada elmi işini davam etdirəcək.Burda qalsaydı ya taksovatlıq eləməyə məcbur olacaqdı enində-sonunda,ya da tikintidə sement-beton qarışıdıracaqdı.Ya da bazarlarda kartof-soğan,yemiş-qarpız satacaqdı.Kimin nəyinə lazımdı bizdə kimyadı,fizikadı,astronomiyadı, rəssamlıqdı,yazıçılıqdı,heykəltəraşlıqdı,operadı,baletdi.Adə alver ee.Qaz vur qazan doldur.Bir dəfə gəlirsən dünyaya.

Eli 2023-02-24 15:58:13

Qurban olaram Milletimin bele savadlı,derrakeli balalarına,Alkah qorusun hamısını.Bele uşaqlar milletin geleceyşdir onlara ham Dövlet,hem de millet dsim destek olmalıdır.Ehsen olsun bele uşaq yetişdiren müellim ve valideynlere,Eşq olsun onlara.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol