“Rusiya və Ukrayna arasında sülh danışıqları üçün lazımi an gəlməyib”.
“AzPolitika.info” xəbər verir ki, bunu Almaniyanın Baş nazir Olaf Şolts Rusiya-Ukrayna müharibəsinin nəticələrini qiymətləndirərkən deyib.
“Sülh ehtimallarını ortaya çıxaran an gəlməyib. Ona görə də Rusiya Prezidenti Vladimir Putinlə təkrar-təkrar görüşüb, razı salmağa çalışacam ki, hər şey onun düşündüyü kimi deyil. Ümid edirəm ki, ukraynalılar üçün doğru nəticələrə səbəb olacaq vicdanlı danışıqlar olacaq”,- deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər