“Ukrayna bütün dünyanı birləşdirdi”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski müharibənin birinci ildönümüylə bağlı videomüraciətdə deyib.
“24 fevral 2022-ci il həyatımızın ən uzun günü idi. Tariximizin ən ağır günü. Biz tezdən oyandıq və o vaxtdan bəri yatmadıq. Qorxmadıq, incimədik, təslim olmadıq. İnancımız və ruhumuz daim güclənir. Genişmiqyaslı müharibənin ilk günündən sağ çıxdıq. Sabah nə olacağını bilmirdik, amma hər səhər döyüşməli olduğumuzu bilirdik. Biz bilirdik ki, sabah üçün mübarizə aparmalıyıq”,-deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər