Menu

İran nüvə silahı proqramına yenidən başlamaq qərarına gəlməyib - ABŞ

26.02.2023, 08:46
İran nüvə silahı proqramına yenidən başlamaq qərarına gəlməyib - ABŞ

Birləşmiş Ştatlar İran rəhbərliyinin nüvə silahı proqramını yenidən başlatmaq barədə qərar qəbul etdiyinə inanmır.

"Report" xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Berns CBS televiziyasına müsahibəsində deyib.

"Bizdə olan məlumatlara əsasən, İranın ali rəhbərliyinin 2003-cü ilin sonunda dayandırdıqlarına inandığımız nüvə silahı proqramını yenidən başlamaq qərarına gəldiyini düşünmürük", - o deyib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasının yaxın gələcəkdə çətin ki, mümkün olduğunu deyib.

Şərhlər

qaraguruh 2023-02-26 11:00:04

yatın-inanmayın-lakin Iran deyilən o mənfur relim atom silahını yaradıbda silhlı qüvvələrdə yerləşdirib də sizlər yuxudan ayılanda dünyanın başına yağdıracaqlar--ruslara baxmayın--necə olsada Ruslar çoox sivil millətdilər hərcənd ki cooxda haksızlıq edirlər vay vay iran mollakratiyasından

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol