Adı vətəndaşa xəsarət yetirməkdə hallandırılan sahə müvəkkili, polis leytenantı Fuad Sultanov Milli.Az-a bildirdi ki, nəzarətində olan sahədə yaşayan Səbuhi Talıbovla aralarında anlaşılmazlıq olub.
Sahə inspektorunun sözlərinə görə, S.Talıbov "Yaşıl bazar"da bir qadınla mübahisə edib və əlbəyaxaya çıxıblar. Onları aralayan zaman necə oldusa, Səbuhini itələdim və yeşiklərin üzərinə yıxıldı. Hadisənin səhəri günü idarəyə gəlib şikayət etdi ki, xəsarət alıb.
F.Sultanov əlavə etdi ki, narahatlığa əsas yoxdu, artıq hər şey qaydasındadır: "Barışıq olub. Allah şeytana lənət elsin".


Şərhlər