Menu

Bəs mənim yazdığım nə idi?...

26.02.2023, 23:55
Bəs mənim yazdığım nə idi?...

Dünən dərc olunmuş yığcam məqaləmə oxuculardan biri «anonim» şərh yazıb: «Sənin də yazılarını oxuyanda adamın əti tokulur. Nə bir savadlı təhlil, nə də məntiqli bir cümlə...»

Uzunçuluq etmədən, hörmətli oxucumun şərhinə görkəmli xanandəmiz Xan əminin (Şuşalı) qarşılaşdığı bir «kuryoz»la cavab vermək istəyirəm. Mabədi belədir…

Toyların birində hörmətli qonaqlardan biri Xan əmiyə «Qarabağ şikəstəsi» oxumağı sifariş edir. Kişi şikəstəni şövqlə oxuyub qurtaran kimi, başqa bir qonaq ona deyir: «İndi isə bir «Qarabağ şikəstəsi» oxu, ruhumuz dincəlsin».

Xan əmi qavalı yerə (stola) qoyub, incik halda deyir: «Əşi, bəs mənim indi oxuduğum nə idi?»

Bununla, oxucumu küsdürmək istəmirəm, sadəcə deyirəm ki, məntiqlə xilafi-məntiqi bir-birindən seçməyi bacarmaq lazımdır. Vəssalam.

Mirzə AĞ

Şərhlər

t.ədalət 2023-02-27 22:15:06

Allah sizi saxlasın,millət doğma ana dilinin türk dili olduğunu bilmir və yutubda "Ana dilimiz əldən getdi!"- deyib,haray-həşir qoparır.....

ƏNHU 2023-02-27 02:56:15

Hörmətli Mirzə müəllim, gərək cavab yazmayaydınız. Axı, hər sıravi oxucu satirik publisistikanı, onun janrlarının sətiraltı siqnallarını anlamır.

Türk Turan 2023-02-27 00:41:55

Mirzə bəy, Allah qələminizə bərəkət, qüvvət versin. Sizi anlayan oxucularınız üçün lütfən yazmağa davam edin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol