RUSİYA RƏHBƏRLİYİ TƏHDİDİN DOZASINI ARTIRIR... – “Keçmiş həyat əsrlər boyu unudulmalı olacaq"

“Putin və Medvedevin bu sayıqlamalarının yalnız bir səbəbi var: qorxu”

Rusiya hakimiyyətinin əsas təmsilçilərindən biri, keçmiş Prezident, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev “İzvestiya” qəzetində dərc olunan “Geri dönüşü olmayan nöqtələr” başlıqlı məqaləsində yenidən bəşəriyyəti məhv edə biləcəkləri ilə hədələyib.

Medvedev yazır: “Apokalipsis. Tüstülənən dağıntılar radiasiya yaymağı dayandırana qədər, keçmiş həyat əsrlər boyu unudulmalı olacaq”.

Medvedevdən bir gün öncə isə Rusiya hakimiyyətinin başçısı Vladimir Putin “Moskva. Kreml. Putin” adlı televiziya proqramına müsaibəsində deyib ki, Qərbin əsas məqsədi Rusiyanı dağıtmaqdır. Putin bildirib ki, Rusiya dağılacağı halda rus xalqı mövcudluğunu qoruya bilməyəcək və öz kimliklərinə malik yeni millətlər yaranacaq.

Medvedevin və Putinin fikilərini şərh edən politoloq Xəqani Cəfərli bildiri ki, Avropa Parlamenti və NATO Parlament Assambleyası tərəfindən terroru himayə edən dövlət kimi tanınan Rusiyanın rəsmi şəxslərinin bəşəriyyəti məhv etməklə hədələməsi təsadüfi deyil.

Ekspert xatırladır ki, Ukraynaya qarşı müharibənin bir ili tamam oldu və nəticələr Rusiya üçün faciəlidir: “Rusiya çox ağır itkilər verməkdədir. Ağlı başında olan hər kəs anlayır ki, Rusiya “qan itirməkdən" ölmək üzrədir...”

Təhlilçinin sözlərinə görə, Qərb ölkələrinin və onların “satellitləri”nin dünya əhalisinin yalnız 15 faizini təşkil etdiyini, özlərinin isə daha çox olduğunu yazan Medvedev anlamır ki, bəşəriyyəti təhdid etdikləri nüvə külünün altında həmin çoxluq da qalacaq.

Çoxluq dedikdə Medvedev Çin və Hindistanı da aid etdikləri mücərrəd birliyi nəzərdə tutur. Çin və Hindistanın Rusiyanın avantürasının qurbanı olmağa hazır olmasını düşünmək üçün insan normal düşünmək qabliyyətini itirməlidir. Putin və Medvedevin bu sayıqlamalarının yalnız bir səbəbi var: qorxu”,- X.Cəfərli vurğlayıb.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar