İsrail vətəndaşlarına qarşı terror törədən şəxslər edam edilə bilər.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən təklif Parlamentin Qanunvericilik İşləri Komitəsi tərəfindən qəbul edilib.
İsrail Baş naziri Benjamin Netanyahu da sosial media hesabından etdiyi paylaşımda sözügedən təklifin qəbul edildiyini açıqlayıb.
Qanun layihəsini parlamentə təqdim edən ifrat sağçı Yəhudi Güc Partiyasının lideri və Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir də sosial media hesabından bunları yazıb:“Yəhudi Qüvvələrinin terrorçulara qarşı ölüm hökmü ilə bağlı təklifi parlament komitəsi tərəfindən qəbul edilib. Terror aktında 2 yəhudinin öldürüldüyü bir gündə bundan daha mənalı heç nə ola bilməz”.
Digər tərəfdən, İsrail mətbuatında yer alan xəbərlərdə edam cəzası ilə bağlı qanun layihəsinin yalnız israillilərə qarşı terror hücumları üçün tətbiq olunacağı, fələstinlilərə qarşı terror hücumlarını əhatə etməyəcəyi vurğulanıb.
“AzPolitika.info”


Şərhlər
Maraqlı xəbərdir. Müəllifi kimdir?