Menu

Bakıda dövlət qurumu dənizkənarı ərazidə qanunsuz tikilinin qarşısını alıb

27.02.2023, 13:58
Bakıda dövlət qurumu dənizkənarı ərazidə qanunsuz tikilinin qarşısını alıb

Fövqəladə Hallar Nazirliyi (FHN) dənizkənarı ərazidə növbəti qanunsuz tikilinin qarşısını alıb.

"Report" xəbər verir ki, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizəkənarı ərazinin qanunsuz olaraq hasarlandığı faktı aşkarlanıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inspektoru Müşfiq Hacıyev bildirib ki, problemin aradan qaldırılması üçün ərazidə qanunsuz inşa olunmuş tikilinin söküntü işləri aparılır:

"Bura mühafizə zonası hesab edilir. Tikilinin dənizdən 100 metr uzaqlıqda olması lazımdır. Hazırda Qaradağ Rayon İcra hakimiyyəti ilə birlikdə ərazidə söküntü işlərinə başlanılıb. Belə hallara tez-tez rast gəlinsə də tərəfimizdən keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər dayandırılır. Qeyd edim ki, bu Qaradağ rayonu ərazisində sökülən ilk dənizkənarı qanunsuz tikilidir".

Şərhlər

t.ədalət 2023-02-27 16:03:37

Necə olur,Novxanı çimərliyinə gerdən yolu kəsən ,Zakir Fərəcov və Arzu Rəhimova məxsus olan "Kalyon",Sunset restoranlarına irad tutan olmur,ancaq sahildən 100 metr aralıda tikilən obyektlərə qadağa qoyulur?Nə vaxta kimi belə olacaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol