Menu

NATO Adriatik dənizinə təyyarədaşıyan gəmilər göndərib

27.02.2023, 16:30
NATO Adriatik dənizinə təyyarədaşıyan gəmilər göndərib

ABŞ və onun NATO-dakı müttəfiqləri Adriatik dənizində iki aviadaşıyıcı zərbə qrupu cəmləşdiriblər.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın 6-cı operativ donanmasının komandanlığından bildiriblər ki, hazırda bölgədə ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS George Bush” atom aviadaşıyıcısı, İspaniyanın “Juan Carlos I” aviadaşıyıcı desant gəmisi və İtaliyanın “Cavour” aviadaşıyıcısı yerləşdirilib.

Bundan əlavə, ABŞ-ın raket kreyseri və esminesi, həmçinin İtaliya freqatı da bölgədədir.

6-cı donanmanın komandanlığının məlumatına görə, NATO gəmilərinin Adriatik dənizində birgə əməliyyatları alyansın regionda təhlükəsizliyin təmin edilməsinə sadiqliyini nümayiş etdirir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol