“Azərbaycanda hər 4 məktəbdən biri təmirlidir. Bu da müsbət haldır”.
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
O bildirib ki, hazırda ölkədə təxminən 800-dən çox məktəb qəzalı vəziyyətdədir: “Bu qədər məktəbi birdən-birə təmir edə bilmərik. Təmir və ya məktəb inşası mərhələli şəkildə aparılır. İlk olaraq ən böyük və daha pis vəziyyətdə olan məktəblərin bərpası plana salınır”.


Şərhlər
Aydındır, məktəblər tikilməli, təmir edilməlidir. Amma bu məktəblərdə də təhsil verilməlidir. Bu nazir isə gələndən təhsildən daha çox tikinti-söküntü naziri təsəvvürü yaradır və ağzın açıb təhsillə bağlı nə deyirsə təəccüb, gülüş, ironiya yaradır. Ehey Emin Əmirullayev müəllim! Yadınıza salıram. Siz təhsil nazirimiz e, tikinti-söküntü naziri yox.