Menu

“ROSNEFT”in BAZASI DRONLA VURULDU – Krasnodarda gecə əməliyyatı

28.02.2023, 12:10
“ROSNEFT”in BAZASI DRONLA VURULDU – Krasnodarda gecə əməliyyatı

Gecə saatlarında Krasnodar diyarının Tuapse şəhərindəki neft bazasında yanğın baş verib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

Yanğın, “Rosneft” şirkətinin neft emalı zavodunun yerləşdiyi İndustrialnaya küçəsində gecə saat 2 radələrində başlayıb. Yanğının fotoları yerli teleqram kanallarında yayılıb.

Yerli sakinlər neft bazasının ərazisində bir neçə saniyə fərqlə iki partlayış səsi eşitdiklərini, nəticədə yaxınlıqdakı evlərin şüşələrinin sındığını bildiriblər.

“Baza” və “Shot” “Teleqram” kanalları neft anbarının 100 metr aralıda yerə düşən pilotsuz təyyarələrin neft bazasına hücum etdiyini iddia edir. “Astra” nəşrinin məlumatına görə, qazanxana zədələnib, binanın yanında isə dərinliyi bir metr yarım olan iki çuxur aşkar edilib.

“Astra”nın məlumatına görə, hadisə yerindən 30 metr aralıda rus hərbçilərinin olduğu kazarma var.

Şəhər rəhbərliyi yanğının neft bazasının ərazisindəki yardımçı tikilidə baş verdiyini və tam söndürüldüyünü bildirib. Yerli hakimiyyət orqanları yanğının neft çənlərinə təsir etmədiyini, neft məhsullarının dağılmadığını və zərərçəkənlərin olmadığını iddia edir. Tuapse administrasiyası bildirib ki, yanğının söndürülməsində 32 yanğınsöndürən və 11 texnika iştirak edib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol