Molla rejimi özünün getdikcə genişlənən anti-Azərbaycan təbliğatına ölkədə yaşayan erməniləri də cəlb etməyə başlayıb.
“AzPolitika.info” xəbər verir ki, İsfahan şəhərinin ermənilər yaşayan Yeni Culfa rayonundakı Vank kilsəsinin önündə Azərbaycanın guya Laçın yolunu bağlaması və Qarabağ ermənilərinin blokadaya düşmsi əleyhinə etiraz aksiyası keçirilib.
Tədbirin təşkilatçısı İsfahan və İranın cənubunda yaşayan ermənilərin yeparxiyası olub. Aksiyaya İsfahan erməniləri ilə yanaşı, yaxınlıqdakı Şahinşəhr şəhərində yaşayan ermənilər də qatılıb. İranın rəsmi agentliyi “İRNA” iddia edib ki, aksiyaya 1100 nəfər erməni qatılıb.
Paylaşılan kadrlardan açıq-aydın görünür ki, İran rejiminin siyasi maraqlarına xidmət edən aksiyaya çox sayda azyaşlı və məktəbli uşaqlar cəlb edilib.
Uşaqların əllərinə Ermənistan və İran bayraqları, anti-Azərbaycan şüarların yazıldığı plakatlar verilib və geyimlərinin üzərinə separatçılara məxsus əski parçasının nişanı vurulub.
“AzPolitika.info”


Şərhlər