MƏRHUM NAZİRİN OĞLU "MİNA İŞİNƏ" KEÇİB - Minaaxtarma əməliyyatları həyata keçirən şirkət təsis edib

Sabiq gənclər və idman naziri Azad Rəhimovun oğlu işğaldan azad olunmuş ərazilərdə minaaxtarma əməliyyatları üzrə fəaliyyət göstərən şirkətdə çalışır.

APA xəbər verir ki, Arif Rəhimov Ağdamda minaaxtarma əməliyyatları həyata keçirən “Safe Point” şirkətinin təsisçilərindəndir.

Hazırda şirkət Ağdamda bir neçə strateji ərazidə minaaxtarma əməliyyatlarını həyata keçirir.

Qeyd edək ki, “Safe Point” şirkəti 2022-ci ildə təsis edilib.

"AzPolitika.info" xatırladır ki, Azad Rəhimov 7 il  Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərlik edib.

Ötən ilin oktyabr ayında Arif Rəhimov şirkətin icraçı direktoru vəzifəsindən azad edilib və onun yerinə Maqsud Fərzullayev təyin edilib.

Həmin vaxt Arif Rəhimov fəaliyyətini özəl sektorda davam etdirəcəyini bildirilsə də, konkret  hansı sahədə iş quracağını açıqlamamışdı. İndi məlum olur ki, minaaxtarma əməliyyatlarını həyata keçirən şirkət təsis edib...

"AzPolitika.info" 

635x100

Şərhlər

Watchman 2023-02-28 21:45:55

Bunlar Azərbaycandan zəli kimi yapışıblar. Hara əl çəkirlər... Bir az mina təmizləyib pulunu artırsın, sonra Şuşada otellər tikməyə başlayacaq.

Son yazılar