LAVROVUN LAÇIN YOLU İDDİASI... - Yenə ermənilərin dediyini deyir

Azərbaycana heç xoş gəlməyən Rusiya XİN başçısı Sergey Lavrovun səfəri onun bir neçə bəyanatı ilə yadda qalacaq ki, bunlardan da biri Azərbaycanın Laçın yolunda, öz suveren sərhədlərində nəzarət buraxılış məntəqəsi qoymaq hüququ ilə bağlıdır.

Belə ki, Ukraynaya qarşı işğalçılıq müharibəsi ilə nə beynəlxalq hüququ, nə ölkələrin ərazi bütövlüyünü tanımadığını, nə də beynəlxalq sənədlərdəki imzasının bir qara qəpiklik dəyərinin olmadığını növbəti dəfə isbat etmiş Rusiya kimi bir ölkənin XİN başçısı Azərbaycanın öz suveren hüququndan istifadəsinin mümkünsüzlüyünü bəyan edib və yenə ermənilərin dediyini deyib: “Laçın dəhlizinin rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata – 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır... Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır”.

Bu, “buraların ağası bizik” iddiası deyil də, nədir? Özü heç bir beynəlxalq sənədə məhəl qoymayan bir ölkənin “baş diplomatı” hansı üzlə, abırla Azərbaycanı nə Ermənistanın, nə də Rusiyanın sonadək əməl etmədiyi “üçtərəfli sazişə” əməl etməyə çağırır?

Azərbaycan öz sərhədində nədən nəzarət-buraxılış məntəqəsi qura bilməməlidir – Rusiya və Ermənistan, bir də Qarabağdakı separatçı tör-töküntüsü bunu istəmirmi deyə?

Heç bir üçtərəfli, beştərəfli, ontərəfli razılaşma, özü də parlament tərəfindən təsdiqlənməyən razılaşma bir ölkənin, indiki halda Azərbaycanın Konstitusiyasından üstün ola bilməz və olmamalıdır. Konstitusiyamız, qanunlarımız bütün ölkələrdə olduğu kimi, bizdə də sərhədlərimizdən, yollarımızdan xarici ölkənin, onun vətəndaşlarının nəzarətsiz keçidini və istifadəsini qadağan edir.

Ermənistan Lavrovun istinad etdiyi “üçtərəfli bəyanat”ın Naxçıvana yol açılmasına dair hissəsini açıq-aşkar rədd edir və bunu Zəngəzur dəhlizinin Ermənistan Konstitusiyasına zidd olması ilə əsaslandırır. Laçin yoluna gəlincə, barmağını 10 noyabr sazişinə tuşlayır və Lavrovun dediyini təkrarlayır – “heç bir nəzarət buraxılış məntəqəsi ola bilməz”, - deyir.

Hansı ki, Laçın yolu nə Lavrovun, nə Paşinyanın, nə Vardanyanın dədəsinin torpağı, yolu deyil, Azərbaycanın suveren ərazisidir və bu yolda, sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququ, haqqıdır! Necə olur ki, Zəngəzur dəhlizi məsələsi, razılaşmaya rəğmən, Ermənistan konstitusiyasına zidd sayıldığı üçün icra olunmur, Laçın yolu isə Azərbaycan Konstitusiyasına zidd olaraq “karvansara qapısına” döndərilir və Lavrov da “basa-basa” yol gəlib, bizə bunu növbəti dəfə qəbul etdirməyə çalışır?

44 günlük müharibədəki qanlı-qadalı, uğrunda qurbanlar verdiyimiz qələbəmizə rəğmən, öz “sülh planında” Qarabağın taleyini “gələcək nəsillərə saxlamağı” təklif edən və “şeytan barmağını” bu torpaqlardan çəkməyən, özü iliyinə qədər işğalçı olan bir şər imperiyasının nə “sülh planı”, nə “sülhməramlısı”, nə vasitəçiliyi, nə də hansısa istənilən əməli, təklifi Azərbaycanın xeyrinə ola bilməz!

Lavrovlar və onu buralara göndərənlər gəldi-gedərdir, ömürlərinə az qalıb, Azərbaycan öz haqqını, öz torpağını, öz sərhədini, öz yolunu bu böyük işğalçıdan və onun Ermənistan adlı kiçik “kopiyası”ndan sökə-sökə alacaq!

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşdə Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.

C.Məmmədov

“AzPolitika.info”  


635x100

Şərhlər

Oxucu 2023-03-01 10:50:28

Dəyirman bildiyin edir, " çak-çak" baş ağrıdır

Azər 2023-03-01 09:44:22

Ruslar Türkiyədəki zəlzələdən "ruhlanıblar". Sevinirlər 100%. Amma nahaq! TÜRKLƏR əbədidirlər və hər zaman qalibdirlər!

turan 2023-03-01 09:25:26

kələntəryan nə deməli idi ki, imperiyanın nökəridir də...rusiya həmişə öz imzasına tüpürən imperiya olub..

Elmira 2023-03-01 09:04:16

Bu bədnam rus məktəbləri elə rusbaşları "buraxır". Lənət olsun ruslara da , rusbaşlara da!

dadaşyev 2023-03-01 00:08:43

Hitler Almaniyasının kapitulyasiyası ilə bağlı müttəfiqlərin anlaşmasında da Berlin divarı məsələsinə və o divarın yan-yörəsində nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmamışdı,amma necə oldu ki siz ruslar o kapitulyasiyadan 15 il sonra,1961-ci ildə Berlində divar hörməyə başladınız?Sazişin hansı bəndinə əsasən tikdiniz o hündür divarı?Deyəcəksiniz məcbur olduq,çünki Demokratik Almaniyadan Federativ Almaniyaya hər il on minlərlə alman keçirdi.Ahaa,məsələ də bundadır,yəni hadisələrin sonrakı inkişafında.Bizim bu Laçın dəhlizi məsələsində də hadisələrin sonrakı inkişafı onu göstərdi ki,ermənistandan Xankəndinə və əksinə cürbəcür şübhəli adamlar arın-arxayın gəlib gedir,erməni silahlı dəstələri isə tərksilah edilməyib.Əgər 10 noyabr sazişində Laçın yolunda nəzarət-buraxılış məntəqələri haqqında bir şey yoxdursa sazişdən sonrakı müddətdə erməni silahlı dəstələrinin tərksilah edilməməsi halında nəzarət-buraxılış məntəqəsini yaratmağa haqqımızın olub-olmaması haqqında da heç nə yoxdur.Əgər buna haqqımız olmasaydı bu xüsusi bir bənd kimi vurğulanmalı deyildimi?Əgər vurğulanmayıbsa,demək,mümkünlüyü istisna olunmur.Necə ki Qarabağa “dövlət naziri” postuna öz ölkəsinizin Vardanyan kimi avantürist vətəndaşını təyin etmək səlahiyyətiniz məsələsinə də baxılmayıb sazişdə,siz də hesab etmisiniz ki,madam ki elə bir bənd yoxdu,demək,mümkündür.Eləcə də nəzarət-buraxılış məntəqəsi məsələsi.Qadağan bəndi yoxdursa,demək,mümkündür.Yuli Sezar demiş,"Qanunlar ona görə yazılır ki,onların yanından keçəsən".

Turan 2023-02-28 23:56:04

Burda ən əsas qalan iki ildir, yola versək özləri 9 noyabr sazişinə görə rədd olub gedəcəklər. Qəti surətdə onlarla birgə yoxlanış məntəqəsi qurmaq olmaz. Bizim nəzarət buraxılış məntəqəmizdə 1988-dən bu günə kimi ermənilərə kömək edən əyyaşlar durmamalıdırlar.

rus düşməndir 2023-02-28 22:16:06

gördünüzmü rusun alçaqlığını? rusiya tərk elə Azərbaycanı. Qarabağ sənin deyil və heç vaxt da sənin olmayacaq. İdi na ...!

Vaqif 2023-02-28 21:56:56

Bəs niyə üç tərəfli sazişdə Laçın koridoruna nəzarət məsələsi unudulub?

Sikim Kələntaryanın nəslini 2023-02-28 21:08:48

ordumuza güclü olmalıdır, Lavrov-Kələntaryan kimi peysərlər bizə girişə bilməsin...

t.ədalət 2023-02-28 20:45:10

Lavrov elə həmənki düşməndir.Yenə də Putinin Qarabağ fitnəsini irəli sürdü.Bu,Azərbaycanın gələcəyi üçün çox qorxulu plandır.

Roma 2023-02-28 20:18:24

Mən, 100% əminəm ki, ermənistan rusiyaya müharibə etsə belə rusiya yenə də onu müdafiə edəcəkdir və erməni də bunu yaxşı bildiyindən, əsasən rusiyanın ssenarisi üzrə cığallıq edir. Bütün bunlar hamısı bizə qarşı hiylələrdir və biz bunun altını, üzü 1-ci pyotrdan bəri, 200-300 ildir ki, çəkirik.

Adam 2023-02-28 19:13:46

rus məktəblərinin çoxluğu ilə daha çox qürrələnsək --necə olar ???????????

Son yazılar