Əfqan filosof və riyaziyyatçı Sidik Əfqan bəyan edib ki, Türkidələki dağıdıcı zəlzələ xüsusi yeraltı partlayışın nəticəsi olub.
Bu barədə «Türkiyənin başlıca xəbərləri» saytı xəbər verib.
Əfqan alim bəyan elib: «Mən sübut etdim ki, Türkiyədəki dəhşətli zəlzələ insan əli ilə törədilib. Bu, partlayışdır. 14 kilometr dərinlikdə yerin altında bomba yerləşdiriblər və partladıblar. Bu, boş sözlər və ya şübhə deyil. Birbaşa indi mən hesablaya və sizə bunu sübut edə bilərəm. Mən heç vaxt əsassız olaraq, belə səs-küylü bəyanatlar vermirəm. Mən, bunu özümün riyazi hesablamalarımın əsasında deyirəm və heç kimdən qorxmuram».
Bundan əvvəl baş vermiş faciədə Ankaranın keçmiş valisi Melih Göyçək de-fakto birbaşa ABŞ və İsraili günahlandırıb.
Türkiyə Kosmik Agentliyinin başçısı Sərdar Hüseyn Yıldırım isə seysmik silahın mövcudluğunu bəyan edib.
Hər dəfə coğrafiyasından asılı olmayaraq, təbii fəlakətlərin baş verməsi bu cür şayiələrin yayılmasına səbəb olur - insanlar baş verən fəlakətlərin səbəblərini bilmək istəyirlər ki, bu da başa düşüləndir. Ancaq daha belə şayiələrə yer vermək sadəcə düşüncəsizlikdən başqa bir şey olmazdı. Təsəvvür edin, kimsə gəlib Türkiyə kimi inkişaf etmiş və həssas bir ölkənin ərazisində 14 klometr dərinlikdə quyu qazır, aylarla çalışır, orada bomba yerləşdirir və günlərin birində onu partladır… və Türkiyənin xüsusi xidmətlərinin, ordunun, polisin, elmi ictimaiyyətinin bundan xəbəri olmur! Ağıla batan deyil, vəssalam.
Bəli, tektonik, seysmik və psixoloji silahların mövcudluğu barədə məlumatlar var, amma daha beləsi yox.
Mirzə AĞ
AzPolitika.info


Şərhlər
t.ədalət, üzr istəyirəm ifadəmə görə, amma beş yaşlı uşaq belə bilir ki, Rusiya, İran, Çin, şimali koreya yəni üzdə düşmən kimi görsənən bütün dövlətlər Amerikanın maşası və gizli müttəfiqləridir.
Türkiyədəki zəlzələni Rusiyanın törətməsi mümkündür.Türkiyənin Qafqazda getdikcə möhkəmlənməsi ilk növbədə Rusiyanı narahat edirdi.Türkiyə NATO üzvü olan ölkədir.ABŞ və onun müttəfiqləri heç vaxt Türkiyədə belə bir fəlakət törətmək istəməzlər.Qafqazda öz istilasının sona yetdiyini görən Rusiya hakimiyyəti çox narahat idi.Azərbaycanda vəzifələrə anti-türklərin təyinatından tutmuş keçmiş kəşfiyyatçı şərqşünaslara qədər düşmən qüvvələr gecə-gündüz Türkiyənin əleyhinə çalışırlar.Kimisi sünni-şiə məsələsini qabartmaqla,kimisi də Türkiyədə casusluq yapmaqla məşğul olur.