Menu

Aİ Rusiyaya qarşı sanksiyaları müzakirə edir

17.11.2014, 17:28
Aİ Rusiyaya qarşı sanksiyaları müzakirə edir

Avropa İttifaqı xarici işlər şurası noyabrın 17-də Ukrayna böhranını və Rusiya ilə münasibətləri müzakirə etmək üçün Brüsseldə toplanıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federi Mogerininin ilk dəfə sədrlik etdiyi şura Ukraynadakı vəziyyətdə rol oynayan Ukrayna və Rusiya vətəndaşlarına qarşı fərdi sanksiyaların və Rusiyanın münaqişə ərazisində ordu sayının çoxaltması ilə əlaqədar yeni iqtisadi sanksiyaların tətbiq edilməsini müzakirə edəcəklər.

Qeyd edək ki, xarici işlər nazirləri şurasının toplantısından öncə, Federika Mogerini Ukrayna xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb.

Avropa Xarici Fəaliyyət Xidmətindən (EEAS) "eunews.az"a verilən məlumata görə, Ukrayna böhranında son zamanlar baş verən proseslərin müzakirəsi və Aİ-nin buna cavab addımları ilə yanaşı, Federika Mogerini xarici işlər nazirləri ilə Ukraynada sülhün əldə edilməsi üçün atıla biləcək addımları müzakirə edəcək. "Şuranın işi reallıqlara münasib reaksiyanın verilməsidir, ancaq Ali Nümayəndənin və Aİ-nin əsas məqsədi qonşuluğumuzda sülhün bərqərar olmasıdır", - Xarici Fəaliyyət Xidmətinin mətbuat xidmətindən bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol