Finlandiya təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Rusiya sərhədində 200 km uzunluğunda divar inşa etməyə başlayıb.
"AzPolitika.info" xarici KİV-ə istinadla xəbər verir ki, sərhədçilər 3 metr hündürlüyündə olacaq divarın üzərində tikanlı məftillərin çəkiləcəyini, həmçinin təhlükəsizlik kameralarının quraşdırılacağını açıqlayıblar.
Finladniya hökumətinin Ukraynada döyüşmək üçün ordudan qaçan rusların sayının artması ilə əlaqədar belə bir addım atdığı bildirilir.
"AzPolitika.info"


Şərhlər