PREZİDENT YENİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ - Dövlət Xidmətinin rəisini vəzifəsindən azad etdi + FOTO

Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub.

Bundan əlavə Prezident İlham Əliyev Azad Məhyəddin oğlu Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, 45 yaşlı A.Cəfərli 2021-ci ilin fevralında sözügedən Xidmətin rəisi təyin edilmişdi.

Xatırladaq ki, bu gün Prezidentin sərəncamları ilə nazirin birinci müavini Vaqif Əliyev və nazir müavini Sevda Məmmədəliyeva işdən çıxarılıblar, Səadət Yusifova Azərbaycan mədəniyyət nazirinin müavini təyin edilib.

635x100

Şərhlər

Şəkidən 2023-03-01 22:01:35

Hörmətli Səadət xanım , sizi cənab Prezidentimizin Sərəncamı ilə Mədəniyyət Nazirin müavini təyin olunmağınız münasibətilə təbrik edirəm və Şəki-Zakatala Regional Mədəniyyət İdarəsinə peşəkar, savadlı mədəniyyət işçisini müdir təyin etməyinizi sizdən xahiş edirik.

Son yazılar